"Sputnik Azərbaycan"da saxlanılanların məhkəmələri keçiriləcək

17:10 - 1 İyul 2025 - GÜNDƏM

"Sputnik Azərbaycan"da əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovun məhkəmələri keçiriləcək.

BUTA.TV xəbər verir ki, sözügedən təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Məlumata görə, "Sputnik Azərbaycan"da əməliyyat nəticəsində binadan çıxarılan şəxslər direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovdur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol