Rusiya rəsmilərinin Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara qarşı zorakılığından sonra Azərbaycanla münasibətlərdə yaranmış gərginliklə bağlı açıqlamalarının məntiqi mübahisəlidir.
Mariya Zaxarova deyib ki, “Azərbaycan və Rusiya münasibətlərini pozmağa çalışan qüvvələr var”. Dmitri Peskov isə bir qədər də irəli gedərək, “Ukraynanın münasibətlərimizi pozmaq və gərginlik yaratmaq cəhdlərini görürük” açıqlamasını verib.
Baş verənlərin arxasında Moskvanın iddia etdiyi kimi, “üçüncü qüvvələr” varsa, bu, iki halda mümkün ola bilər:
- ya Rusiya daxilindəki qüvvələr təxribatlar törədir: ki, adətən Kremlin siyasi qərarı olmadan belə hallar baş vermir;
- ya da Rusiya “xarici qüvvələr”in FSB-yə sızaraq, azərbaycanlılara hücum etdiyini açıqlamalıdır;
Moskvanın məsələyə yanaşmasından yalnız bu məntiq çıxır. Ukrayna ilə bağlı iddialara gəlincə, Kiyev müharibə apardığı Moskva ilə nəinki Azərbaycanın, ümumiyyətlə bütün ölkələrin münasibətlərinin pisləşməsində maraqlıdır, bunu gizlətmir də. Lakin Bakının siyasətinə təsir etmək imkanı, yaxud bu məsələdə yönləndirməsi mümkün deyil.
Rusiyanın “kənar qüvvələr” iddiasının məqsədi aydındır: diqqəti törətdikləri zorakılıqdan yayındırmaq və məsuliyyətdən qaçmağa çalışırlar;
- BBC-nin Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir
- Türkiyə nümayəndələri İrəvanda
- Zəngəzurun açılmasını həyəcanla gözləyirəm - Ərdoğan
- Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü
- TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev
- Bilal Ərdoğan Bakıda
- Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi
- “KQB” şinelindən çıxan müxalifətin casusluq macəraları...