Bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə mətbuata bəyanatında bildirib.
“Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirilən plan və layihələrlə nümayiş etdiririk”, - İ.Əliyev qeyd edib.
- BBC-nin Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir
- Türkiyə nümayəndələri İrəvanda
- Zəngəzurun açılmasını həyəcanla gözləyirəm - Ərdoğan
- Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü
- TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev
- Bilal Ərdoğan Bakıda
- Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi
- “KQB” şinelindən çıxan müxalifətin casusluq macəraları...
 
                