Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qazaxıstanın etibarlı dostu olan Azərbaycana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) yüksəksəviyyəli sədrliyinə, dialoqun, etimadın və tərəfdaşlığın möhkəmləndirilməsi, eləcə də AQEM-in institusional inkişafına verdiyi töhfəyə görə səmimi minnətdarlığını bildirib.
BUTA.TV Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Astanada AQEM-in qərargahının açılışında çıxışı zamanı deyib.
Qazaxıstan Prezidenti Asiyada AQEM-in bütün iştirakçılarının hamısına uğurlar arzulayıb.
“Biz həmişə əmin olmuşuq ki, yalnız əməkdaşlığın, qarşılıqlı anlaşmanın və dialoqun inkişafı davamlı sülhə, sabitliyə və rifaha nail olmağa imkan verə bilər. Müasir şəraitdə etimadın möhkəmləndirilməsi üzrə AQEM-in prinsipi hər zamankından daha aktualdır. Asiyanın təxminən 90 faizinin əhatə olunduğu və dünya əhalisinin yarıdan çoxunu təmsil edən AQEM beynəlxalq münasibətlər arxitekturasının inkişaf edən mühüm elementidir”, – deyə Tokayev qeyd edib.
- BBC-nin Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir
- Türkiyə nümayəndələri İrəvanda
- Zəngəzurun açılmasını həyəcanla gözləyirəm - Ərdoğan
- Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü
- TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev
- Bilal Ərdoğan Bakıda
- Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi
- “KQB” şinelindən çıxan müxalifətin casusluq macəraları...