Müdafiə Naziriliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Tiflis şəhərində Heydər Əliyev adına parkda Ümummilli Liderin büstünü ziyarət edib. Sonra idarə rəisi Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi general-mayor Şalva Şengelia ilə görüşüb.
Görüşdə birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinə Gürcüstan hərbi polisi və onun əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub.
Görüşdən sonra silahlara və texnikaya baxış keçirilib, döyüş atışlı təlimlər, o cümlədən bina əməliyyatı və yüksək ranqlı şəxslərin qorunması tədbirlərinin icrası izlənilib.
- BBC-nin Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir
- Türkiyə nümayəndələri İrəvanda
- Zəngəzurun açılmasını həyəcanla gözləyirəm - Ərdoğan
- Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü
- TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev
- Bilal Ərdoğan Bakıda
- Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi
- “KQB” şinelindən çıxan müxalifətin casusluq macəraları...