Ötən gün Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin Rusiyanın Yekaterinburq şəhərində güc strukturları əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən tam görüntü yayılıb.
BUTA.TV xəbər verir ki, E1.ru-ya istinadən xəbər verir ki, görüntülərə əsasən, Şahin Şıxlinski və oğlu Mutvəlinin (avtomobili idarə edən) olduğu "Gelandewagen" markalı avtomobil sağa dönən kimi "Lada" markalı maşın onun yolunu yolu kəsir.
Bundan sonra UAZ yaxınlaşır, oradan hərbi formada olan şəxslər çıxaraq, "Gelandewagen"in şüşələrini sındıraraq sürücü və sərnişini tutmağa çalışırlar.
Bu zaman ata və oğlunun arxasınca gedən "Toyota Camry" markalı maşın zədələnib. Belə ki, "Gelandewagen" qəfil geriyə dönərkən, "Camry"nin kuzovunun ön hissəsini sındırıb.
Mutvəli sonradan bildirib ki, hücuma məruz qaldığını zənn edib və qaçmağa çalışıb.
- 6 gün dağıntılar altında sağ qaldı - Cəmi 3 yaşı var
- Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı
- Bakıda qeyri-adi hadisə : "Prius" pilləkəndə qaldı - Video
- Leyla Əliyeva pianoda xalq mahnısını ifa etdi - Video
- “Nərimanov” metrostansiyasının çıxışı bağlanır?
- Bakıdakı bazarlar bağlanacaq? - Rəsmi
- Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video
- İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı - Video