Rusiyanın Soçi şəhərində “Ukraynaya eşq olsun!” şüarını səsləndirən azərbaycanlı qadın saxlanılıb.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, yerli sakinlər Krasnodonskaya küçəsi ilə gəzərək Ukraynaya dəstək şüarları səsləndirən 40 yaşlı Esmira B.-dən polisə şikayət ediblər. İlkin məlumata görə, qadın Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginliklə bağlı etirazını bildirmək istəyib.
Qeyd olunur ki, Esmira özü Rusiya vətəndaşıdır, lakin Azərbaycanda doğulub və bir müddət burada yaşayıb.
Şikayətdən iki gün sonra qadın saxlanılıb. Onun barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi (faşist simvollarının təbliği və ya ictimai nümayişi) ilə inzibati protokol tərtib edilib.
Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
Esmira 15 sutkaya qədər həbs oluna bilər.
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu
- Bakının köhnə binalar təmir olunacaq - 25 milyon ayrıldı
- Sabiq hərbi komissar məhkəmə zalında həbs edildi
- M10-da ağlasığmaz oğurluqlar: həbslər var
- Ramiz Mehdiyevlə bağlı qərar verildi
- Qarlı hava nə vaxta kimi davam edəcək?
- “Mərcan” broyler toyuğu bişərkən qəribə rəng aldı — VİDEO
- Digər çörəklər də bahalaşacaq - AÇIQLAMA