Tatarıstanın rəisi Rüstəm Minnixanov Moskvanın təzyiqi altındadır. Moskvadakı mənbələr respublika rəhbərindən beynəlxalq fəaliyyətini azaltmağı tələb edən siqnallar göndərir.
BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, bu barədə kompromat.ru nəşri yazır.
“Kreml Tatarıstanın federal gündəliyi nəzərə almadan xarici əlaqələr yaratmasından, beynəlxalq forumlarda iştirak etməsindən və xüsusilə müsəlman ölkələri ilə fəal qarşılıqlı əlaqələr qurmasından narazıdır” deyə, iddiada bildirilir.
Bildirilir ki, Minnixanovun bu yaxınlarda Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla ayrıca görüşü Kremldə əlavə suallar yaradıb.
Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
“Səfər müvafiq federal strukturların iştirakı və ya koordinasiyası olmadan həyata keçirilib və bu, Tatarıstanın paralel xarici siyasət kursu formalaşdırdığına dair şübhələri artırıb. Mərkəz bunu birbaşa təhlükə kimi qəbul edib”- deyə, xəbərdə bildirilir.
O da iddia olunur ki, Rusiya Federasiyasının subyekti olan Tatarıstanın guya müstəqil siyasəti Moskvada qıcıq doğurur. Bu səbəbdən Kazan rəbərinin səlahiyyətlərinin və xarici siyasət təşəbbüslərinin “yumşaq şəkildə məhdudlaşdırılması” müzakirə edilir.
Bu məhdudlaşdırma Tatarıstanın xaricdəki əsas diplomatik və ticarət-iqtisadi nümayəndəliklərində rotasiya, beynəlxalq platformalarda iştirakın azaldılması, habelə respublikanın yüksək vəzifəli məmurunun səfərləri və görüşlərinə federal nəzarətin gücləndirilməsi daxil ola bilər.
O da iddia olunur ki, Minnixanovun Türkiyə, İƏT ölkələri və ərəb monarxiyaları ilə əlaqə kanallarına xüsusi diqqət yetirilir. Moskva subyektlərin xarici siyasətinə, xüsusən də həssas sahələrə nəzarəti gücləndirmək niyyətindədir.
Beləliklə, görünən odur ki, Moskva əlavə hay-küy yaratmadan milli subyektlərə nəzarəti gücləndirmək niyyətindədir. Bu səbəbdən ən güclü və inkişaf etmiş Tatarıstanın və onun nüfuzlu rəhbəri Minnixanovdan başlamaq qərarı verilib.
Türkiyə Prezidenti Ərdoğanla görüşə gəlincə, prezident nazirlərlə görüşündə Tatarıstan rəhbərinin Ankarada olduğunu öyrənib. Prezidentə məlumat verilib ki, Tatarıstan rəhbəri Rüstəm Minnixanov Ankarada işgüzar səfərdədir. Bundan xəbər tutan Rəcəb Tayyib Ərdoğan Rüstəm Minnixanovu görüşə dəvət edib. Türkiyə lideri BRİKS-də iştirak etmək üçün Kazana səfərini hərarətlə xatırlayıb. O əlavə edib: “Mən sizin səylərinizi böyük hörmətlə müşahidə edirəm və Rusiya ilə İslam dünyası ölkələri arasında əlaqələrin inkişafına verdiyiniz töhfəni qeyd etmək istəyirəm”, - deyə Ərdoğan bildirib.
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu
- Bakının köhnə binalar təmir olunacaq - 25 milyon ayrıldı
- Sabiq hərbi komissar məhkəmə zalında həbs edildi
- M10-da ağlasığmaz oğurluqlar: həbslər var
- Ramiz Mehdiyevlə bağlı qərar verildi
- Qarlı hava nə vaxta kimi davam edəcək?
- “Mərcan” broyler toyuğu bişərkən qəribə rəng aldı — VİDEO
- Digər çörəklər də bahalaşacaq - AÇIQLAMA