Hətta ən yaxın ailədə də bəzən gərginlik olur. Əminəm ki, Rusiya və Azərbaycan ümumi anlaşmaya gələcək. Görürük ki, fikir ayrılığımız bir çox düşmənlərimizin faydasınadır. Vəziyyətə baxmayaraq, biz bu mərhələni keçəcəyik.
BUTA.TV xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində Rusiya Dövlət Dumasının üzvü İrina Rodnina deyib.
“Xalqlarımız arasında sadə insani münasibətlər çox önəmlidir. Onlar olub, var və olacaq. Azərbaycanda çoxlu dostum var. İndi Rusiya-Azərbaycan münasibətlərində yaranmış vəziyyət, şübhəm yoxdur, perspektivdə heç cür əks olunmayacaq. Rusiya ilə Azərbaycan arasında baş verənlər xoşagəlməzdir. Lakin bu, yekun nəticə deyil. Qarşılıqlı anlaşma, həll yolları axtarışı və barışıq gələcək. Hamı təsdiq edər ki, Vladimir Putinlə İlham Əliyev arasında çoxdan yaxşı münasibətlər var. Heydər Əliyev təkcə sovet dövründə deyil, həm də Rusiya ilə Azərbaycan arasında münasibətlərin müasir tarixində Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermiş, onların inkişaf vektorunu qoymuşdur. Son illər əlaqələrimizin inkişafını çox müsbət kimi xarakterizə etmək olar. 2022-ci ildə Rusiya və Azərbaycan müttəfiqlik haqqında Bəyannamə imzalayıb. Son dərəcə vacib sənəddir. Və buna əməl etməyə çalışırıq. MDB-yə üzv dövlətlər arasında gənc həmvətənlərin beynəlxalq oyunlarını, beynəlxalq məktəb idmanları festivalını keçiririk. Azərbaycanlılar gəlir. Biz onları - Azərbaycan nümayəndələrini həmişə səbirsizliklə gözləyirik”, - o bildirib.
- Baş nazir mühüm qərar imzaladı
- DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi
- Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı
- Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video
- Azərbaycanı Ukraynanın bərpası konfransında bu şəxs təmsil edəcək
- Rusiyada həbs edilən azərbaycanlılarla bağlı yeni xəbər
- Əliyevlə Paşinyanın görüşü niyə BƏƏ-də keçirilir?
- Səbinə Əliyevadan bu cavabı gözləyirəm - Moskalkova