Gilan Əyalət Prokurorluğu Məsud Pezeşkianı öldürməyə çağıran Rəşt Şəhər Şurasının üzvü Rza Aşəriyə cinayət ittihamı elan edib.
BUTA.TV xəbər verir ki, bu haqda İranın rəsmi dövlət mediası məlumat yayıb.
“Rəşt Şurası üzvünün sosial şəbəkədəki səhifəsində məlum materialın paylaşılmasından sonra əyalət prokuroru məhkəməyə müraciət edərək, onun məhkəməyə çağırılmasını tələb edib”, - məlumatda deyilir.
Bildirilib ki, cinayət işi açıldıqdan və məhkəmə işi qaldırıldıqdan sonra sözügedən şəxs “ictimai rəyi narahat etdiyi üçün” məhkəməyə çağırılıb.
Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
Hazırda iş üzrə ibtidai araşdırma aparılır.
Qeyd edək ki, Rza Aşəri İsrail hökumətini İran Prezidenti Məsud Pezeşkianı öldürməyə çağırmışdı.
Rza Aşəri mühafizəkar siyasi cərəyana mənsubdur və ötən ilin prezident seçkilərində Məsud Pezeşkianın əsas rəqibi Səid Cəlilinin bölgədəki seçki qərargahının rəhbəri olub.
- Qarlı hava nə vaxta kimi davam edəcək?
- “Mərcan” broyler toyuğu bişərkən qəribə rəng aldı — VİDEO
- Digər çörəklər də bahalaşacaq - AÇIQLAMA
- “RR Constructions”da 2 milyon manatın çəkişməsi…
- Pensiya artımları necə hesablanacaq?
- Prezidentin nazir təyin etdiyi İsmayılov kimdir?
- Yeni sədr Saleh Məmmədovun qudasını vəzifədən azad etdi
- Yeni nazir təyin edildi - Sərəncam