Kreml Azərbycana qarşı pisliklərini davam etdirir, sadalamağa ehtiyac yoxdur. Əsas sual budur: Kremlin başbilənləri ölkəmiz əleyhinə daha nələri etməyi planlaşdırır? Rusiyanın müxtəlif şəhərlərində diaspor nümayəndələrimizə müxtəlif problemlər yaradacaqlarını, kənd təsərrüfatı məhsullarımızı əvvəlkitək sərhəddən geri qaytaracaqlarını proznozlaşdırmaq olar. Bu azmış kimi, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu ölkənin dövlət kanallarındakı şovinist aparıcılar, proqramlara çıxardıqları siyasi şərhçilər və “Z-blogerlər” Azərbaycana qarşı təxribatları genişləndirməyi təklif edirlər. Narahat olmalıyıqmı?
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Rusiya hərbçiləri “sülhməramlı” adı altında hələ də Qarabağda olsaydılar, narahatlıq üçün əsas ola bilərdi. Bu məsələni həll etmişik, 200 ildən sonra ilk dəfə torpaqlarımızda rus hərbçisi yoxdur. Ancaq şimaldan istiqamətlənən müxtəlif təxribatçı ssenarilərə də hazır olmalıyıq:
Birincisi, kənd təsərrüfatı məhsullarımız üçün alternativ bazarların axtarışını sürətləndirməliyik.
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
İkincisi, Rusiyadan geri qayıdan azərbaycanlılara Qarabağ və Şərqi Zəngəzurda biznes fəaliyyətlərini davam etdirmək üçün münbit şərait yaradılmalı, kreditlər ayrılmalıdır. Çünki Rusiya Gürcüstan müharibəsində gürcüləri kütləvi şəkildə deportasiya etdiyi kimi, eyni “üsuldan” azərbaycanlılara qarşı da istifadə edə bilər. Rusiyadakı azərbaycanlı işadamlarının leqal kapitallarını “vergi yoxlamaları” bəhanəsiylə əllərindən ala bilər.
Rusiya İranla Xəzərdə birgə hərbi təlimlər keçirməyə hazırlaşır. Bu təlimlər sırasında iki ölkənin hərbi gəmiləri dəniz sərhədlərimizi poza bilər. Rusiya Dağıstanla sərhədə əlavə qüvvələr cəmləşdirə bilər. Buna qarşı Azərbaycan Türkiyə ilə yanaşı Mərkəzi Asiyanın türk dövlətləri ilə hərbi təlimlərin sayını artırmağa çalışmalıdır.
Məntiqlə Kreml Ukrayna ilə müharibə apardığı, Qərbin sərt sanksiyaları ilə üzləşdiyi dövrdə ötən ilin dekabrına qədər normal münasibətləri olduğu Azərbaycanla gərginliyin ortadan qaldırılmasına çalışmalıdır. Ancaq Rusiyanı idarə edənlər nə vaxt məntiqlə qərar veriblər ki?”, - o bildirib.
- Azərbaycanda avtomobillər BAHALAŞA BİLƏR - VİDEO
- Bu ərazilərdə işıq olmayacaq
- Bakıda dəhşətli qətl: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü
- Azərbaycanda bu təşkilatda rəhbərliyin 95%-i vəfat edib
- FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət etdi
- Azərbaycan daha bir ölkədən quzu əti idxalına başladı
- Yas mərasimlərindəki dəbdəbəyə qarşı... - Rəsmi
- Fevralın 24-də ölkədə bu bayram qeyd olunacaq