Tovuzda bir neçə gündür yağan güclü yağış Zəyəmçayda daşqına səbəb olub.
“BUTA.TV” xəbər verir ki, nəticədə sel suları çayın üzərindəki körpünü dağıdıb və yararsız hala salıb, İsakəndlə rayon mərkəzinin əlaqəsi kəsilib.
Burada diqqətçəkən məqam isə həm də kəndlərdən gələn zibil və məişət tullantılarının su ilə birgə axmasıdır. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, qalaq-qalaq zibil və məişət tullantıları çayın məcrası boyunca hərəkət edib. Məlum olub ki, sözügedən görüntülər Tovuzun Gədəbəylə həmsərhəd olan Ağbaşlar kəndi ərazisində çəkilib. Qeyd edilib ki, kəndlərdə əhali xüsusən yay aylarında məişət tullantıları ilə bağlı ciddi problem yaşayır. Əksər kəndlərdə məişət tullantılarının atılması üçün xüsusi yerlər ayrılmadığından əhali, eyni zamanda turistlər zibili çay kənarlarına atır.
Tovuzda selin yaratdığı fəsadlarla bağlı Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, artıq körpü bərpa olunub və fəsadlar aradan qaldırılır: “Baş vermiş hadisənin fəsadlarının aradan qaldırılması məqsədilə Tovuz Rayon İcra Hakimiyyəti yanında Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq tədbirlərin görülməsinə başlanılıb və kəndin rayon mərkəzi ilə gediş-gəlişi bərpa olunub”.
“Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
Gülnar Əliyeva
- Zubir “Qarabağ”dan ayrıldı
- Bölgələrdə leysan yağır, şimşək çaxır
- Xaçmazda iki ata övladını bıçaqladı
- Bakı metrosunda intervallar azaldılır, yeni hərəkət sxemi...
- Maşınını park edib getmişdi, başına iş gəldi - Video
- Zəyəmçay özü ilə zir-zibil gətirir... - Bu görüntülər gündəm oldu
- Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
- "28 May"dan "Dərnəgül"ə doğru sonuncu qatar...