Ermənistanın Baş naziri Nikol Paşinyan da bəyan edib ki, Ermənistan və Azərbaycan sülh sazişi imzalamağa çox yaxındır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Bakı-İrəvan sülh sazişinin imzalanmasının mümkünlüyünü şərh edərkən deyib.
“Minsk Qrupu mexanizmlərinin ləğvi və sülh sazişinin mümkün imzalanmasına gəlincə, bu, İrəvan üçün aydın gündəmdir, hazırda bunun hansı şəraitdə baş verə biləcəyi ilə bağlı fəal müzakirələr aparılır. Konstitusiya məsələsinə gəlincə isə Paşinyan dəfələrlə bəyan edib ki, sülh sazişi imzalandıqdan sonra Konstitusiya Məhkəməsi bunu Konstitusiyaya zidd hesab edərsə, onun özü Ermənistan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edəcək. O vaxta qədər bunun üçün heç bir əsas yoxdur, çünki Ermənistanın Konstitusiya Məhkəməsi 2024-cü il sentyabr tarixli qərarı ilə Konstitusiyamızda heç bir ölkəyə qarşı ərazi iddialarının olmadığını müəyyən edib. Paşinyan hələ 2018–2020-ci illərdə Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsinin zəruriliyi ilə bağlı müzakirələrə başlayıb və hazırda bu məsələ aktiv institusional müzakirə mərhələsindədir. Amma bu, Ermənistanın daxili gündəliyi məsələsidir və onun Azərbaycanla danışıqlara heç bir aidiyyəti yoxdur”, - o bildirib.
Qeyd edək ki, Minsk Qrupunun ləğvi və konstitusiyadan Azərbaycana ərazi iddialarının çıxarılması rəsmi Bakının sülh sazişinin imzalanması ilə bağlı tələbidir.
- Sabah hava bu insanlar üçün əlverişli olacaq
- Qadını öldürən qonşusu olub – Qətlin detalları...
- Bunu edən şəxslər 8 ilədək həbs olunacaq
- Mübariz İbrahimovun adını daşıyan Mübariz İbrahimov - Foto
- Kamran Əliyev onu Gəncə hərbi prokuroruna müavin göndərdi
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Müştəri ilə dalaşan "Sizin Lombard"ın filial müdiri saxlanıldı
- Bakıda maşınlara qənim kəsilən şəxs saxlanıldı