Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, zəmanənin qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində, Azərbaycan ədəbi dilinin inkişafında müstəsna xidmətlər göstərib, azadlıq və müstəqillik kimi xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib.
BUTA.TV xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının yaranmasının 150-ci ildönümü münasibətilə media nümayəndələrinə təbrik məktubunda yer alıb.
1875-ci il iyulun 22-də böyük maarifçi, naşir Həsən bəy Zərdabi tərəfindən qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü – "Əkinçi" qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsasının qoyulduğunu qeyd edən dövlətimizin başçısı müraciətində bildirib ki, həmin dövrdə bütün Qafqazda böyük əks-səda doğuran bu mühüm tarixi hadisə Azərbaycan maarifçilik hərəkatının inkişafına, milli oyanışa, milli özünüdərkin və düşüncə azadlığının formalaşmasına təkan verib, mütərəqqi jurnalist, publisist və ziyalı nəslin yetişməsində əhəmiyyətli rol oynayıb.
- Rubio Slovakiya və Macarıstana gedir
- Qeyri-sabit hava ilə bağlı qabaqlayıcı tədbirlər görülür - ADY
- Bakı dairəvi yolunda qəza: tıxac yarandı - Video
- ASCO sədri idarə rəisini özünə müşavir təyin etdi
- DYP-dən qarlı hava ilə bağlı daha bir müraciət
- Fəzail Ağamalının vida və dəfn yeri bilindi
- Bu yolda sürət həddi endirildi
- Vensdən İrəvanda sensasiya: Paşinyana görə 9 milyard dollar...