Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra dövlət xadimləri adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlamalar yayılıb.
Bu barədə BUTA.TV-a MEDİA-dan məlumat verilib.
Qeyd olunub ki, müəyyən dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanan və informasiya mühitində yayılan silsilə xarakterli saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
- Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb
- Ən çox bu məhsullar saxtalaşdırılır - Siyahı
- 63 yaşlı ananın dərdi alıb canımızı...
- Sabah bu ərazilərdə qaz kəsiləcək
- Kot-d'İvuardan bərabərlik qolu - Video-Yenilənir
- “Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri
- Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir
- Şeyxin qızı 20 il sonra torpaq sahəsini əsl sahibinə qaytardı