İşğaldan azad olunan ərazilərdə yanğın təhlükəsizliyi ilə bağlı polisə konkret tapşırıqlar verilib.
BUTA.TV xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə iyulun 25-də keçirilən müşavirədə bəhs olunub.
Müşavirədə yay mövsümündə havaların isti və quraq keçməsi fonunda meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığı, buna qarşı profilaktik tədbirlərin intensivləşdirildiyi vurğulanıb.
Aidiyyəti xidmət rəhbərlərinə bölgədə nəzarətin gücləndirilməsi, riskli sahələrdə fasiləsiz monitorinqin aparılması, vətəndaşlar arasında odla ehtiyatsız davranışın doğura biləcəyi təhlükələrlə bağlı davamlı izahat işlərinin həyata keçirilməsi, xidmətin yüksək peşəkarlıqla və əzmlə aparılmasının vacibliyi barədə konkret tapşırıqlar verilib.
Diqqətə çatdırılıb ki, müvafiq ərazilərdə asayişin təmini, əmlak və ekoloji təhlükəsizliyin qorunması, o cümlədən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi sahəsində daxili işlər orqanlarının üzərinə düşən vəzifələr tam icra olunmalıdır.
- Abşeronda iməclik keçirilib - Foto
- Yük maşını dirəyə çırpıldı, sürücü xilas edildi - Video
- Yanvar-iyul aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Abşeronda karxanada faciə
- “General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?
- Bəxtiyar Həsənov Rusiyadan deportasiya edildi
- Fuad Nağıyev Nigar Cəbrayılovu özünə müşavir təyin etdi
- Qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı