Son Hın Min "Tottenhem"də keçirdiyi 10 ildən sonra klubdan ayrılmaq istədiyini açıqlayıb.
BUTA.TV xəbər verir ki, Cənubi koreyalı hücumçu bu barədə ölkəsində keçirilən mətbuat konfransında açıqlama verib. O, klubdan getmək niyyətində olduğunu və bu yöndə London təmsilçisinin rəhbərliyindən kömək istədiyini bildirib.
Məlumata görə, klub futbolçunun qərarına hörmətlə yanaşır və ona istədiyi kluba getməsi üçün şərait yaradacaq.
Sonun MLS-də mübarizə aparan "Los-Anceles"ə transferi gerçəkləşmək üzrədir, bu klub ilə danışıqlar aparılır. Futbolçuya may ayında Səudiyyə Ərəbistanı klublarından da təkliflər gəlmişdi.
Qeyd edək ki, Son Hın Min bu il "Tottenhem" ilə Avropa Liqasının qalibi olub.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio