Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifəsindən uzaqlaşdırılması məqsədindən daşınmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb. Erməni nəşri xatırladır ki, baş nazir iki həftəyə yaxındır kilsə və katolikos barədə heç bir açıqlama vermir:
“Paşinyanın bu haqda sosial şəbəkədəki son paylaşımı II Qareginin Ali Patriarxlıqdan çıxarılması ilə bağlıdır. Baş nazir bundan əvvəl Eçmiədzində böyük mitinq keçirəcəyini və bütün ermənilərin katolikosunu kafedraldan uzaqlaşdırmaq üçün ora yürüş edəcəyini vəd etmişdi.
Əslində, bu bəyanatdan sonra hakimiyyət hələlik o istiqamətdə heç bir addım atmayıb, amma bu, qətiyyən o demək deyil ki, Paşinyan kilsəyə qarşı siyasətindən geri çəkilib. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbələrimizin dediklərinə görə, onlar bu günlərdə müxtəlif toplantıları davam etdirərək, kilsəyə qarşı kampaniyanı davam etdirmək və buna geniş ictimai dəstək təmin etmək üçün araşdırma aparır, son hücuma hazırlıq görür”.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio