"Tramp körpüsü" (TRİPP) təşəbbüsünün reallaşdırılması istiqamətində gələn həftədən etibarən praktiki işlərə başlanacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Operativ Məlumat Mərkəzi məlumat yayıb.
Məlumata görə, tərəflər arasında texniki qrupların formalaşdırılması, marşrut üzrə ilkin razılaşmaların müzakirəsi və təhlükəsizlik mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə ilk danışıqlar keçiriləcək.
Qeyd edək ki, TRİPP layihəsi regionda geosiyasi mənzərəni dəyişə biləcək mühüm bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Layihə Cənubi Ermənistan ərazisindən keçən və Azərbaycanın materik hissəsini Naxçıvanla birləşdirən kommersiya marşrutunun tikintisini nəzərdə tutur. Lakin bu dəfə “dəhliz” sözü işlədilmir.
Layihənin əsas məqsədi Zəngəzurdan keçən marşrut vasitəsilə Azərbaycan üçün maneəsiz və təhlükəsiz ticarət və yükdaşımaları təmin etməkdir. Hərbi və ya təhlükəsizlik yönümlü deyil, sırf iqtisadi və ticarət xarakterli bir layihə kimi təqdim olunur. Vaşinqton bu marşrutun təhlükəsiz işləməsinə qoşun yerləşdirmədən, sadəcə “birinci dərəcəli operatorlar” vasitəsilə idarəetmə və nəzarət funksiyasını həyata keçirəcək.
“TRIPP” adının seçilməsi təsadüfi deyil. Layihə tərtibatçıları bu adla “dəhliz” anlayışından qəsdən uzaq dururlar. Çünki “dəhliz” anlayışı bölgədə daha çox Rusiya təsirini və hərbi nəzarət çağırışlarını xatırladır. Vaşinqton isə regionda fərqli obraz yaratmaq, ticarəti ön plana çəkmək və təşəbbüsə daha az siyasi yük yükləmək niyyətindədir.
ABŞ-ın bu layihəyə açıq şəkildə dəstək verməsi Orta Dəhlizə alternativ nəfəs kimi qiymətləndirilir. TRİPP vasitəsilə Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və enerji xətləri (elektrik, qaz, neft, optik lif) daha təhlükəsiz və şaxələndirilmiş formada işləyə bilər. Bu isə həm Rusiya, həm də İran üçün arzuolunmaz perspektivlər doğurur.
- Azərbaycanlı jurnalistlə müsahibəyə görə erməni kanalı bağlandı - Video
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...