Gözlənildiyi kimi, İrandakı mühafizəkar dairələr Vaşinqton razılaşmasının əleyhinə çıxdılar. Mühafizəkarların əsas təmsilçilərindən biri, ali dini liderin müşaviri Əli Əkbər Vilayəti Vaşinqton razılaşmasını qəbul edən tərəfləri hədələyib. Vilayətinin sözlərinə görə, guya İran Vaşinqton razılaşmasının Zəngəzur dəhlizi ilə bağlı bəndinin yerinə yetirilməsinə imkan verməyəcək. Ancaq Vilayəti bu prosesə İranın necə mane olacağını izah edə bilməyib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Vilayətinin Zəngəzur dəhlizi əleyhinə olan son açıqlamasını şərh edərkən bildirib.
O vurğulayıb ki, İran mühafizəkarları bölgədə dəyişən şərtləri hələ də nəzərə almırlar:
“Emənistandakı radikallar ABŞ-ın vasitəçilyinin əleyhinə olmadıqlarını söyləsələr də, Vaşinqton razılaşmasının Ermənistanın xeyrinə olmadığını izah etməyə çalışırlar. Ancaq onların “izahı”nın da məntiqi yoxdur, sadəcə Minsk Qrupunun yox olmasına, Zəngəzur dəhlizinin açılması perspektivinə yas tuturlar.
Üçüncü qüvvə də peyda olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova birbaşa Vaşinqton razılaşmasının əleyhinə açıqlama verməsə də, Ermənistanın Rusiyadan qopa bilməyəcəyinə dair sətiraltı mesajlar verib.
Beləliklə, Vaşinqton razılaşmasının əleyhinə olanların Azərbaycana təzyiq alətləri yoxdur. Onlar Baş nazir Nikol Paşinyanın üstünə tökülüşüblər. Buna görə də Nikol Paşinyan Vaşinqton razılaşmalarının yerinə yetirilməsini uzatmamalıdır. Vaşinqton razılaşması Nikol Paşinyanın erməni cəmiyyətində mövqelərini gücləndirəcək. Bu ona imkan verir ki, parlament seçkilərini qabağa çəkib, Konstitusiya dəyişikliyi etməklə Azərbaycanla sülh müqaviləsinin imzalanması işini də bitirsin”.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio