Ermənistan və bizim partiyanın Qarabağ sakinlərinin (Azərbaycanın bu bölgəsindən könüllü getmiş erməniləri nəzərdə tutur – red.) kollektiv şəkildə geri qaytarılması ilə bağlı gündəliyi yoxdur.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Arusyak Julhakyan deyib.
“Azərbaycana qayıtmaq istədiyini, qayıda biləcəyini düşünən ayrı-ayrı şəxslər varsa, əlbəttə, onlar fərdi qaydada buna cəhd edə bilərlər. Amma biz Qarabağ sakinlərinin kollektiv şəkildə qayıtmasını real hesab etmirik, çünki buna heç bir beynəlxalq mexanizm və ya təminat yoxdur. Biz nə qədər hakimiyyətdəyik, Ermənistan Respublikası bu məqsədi güdməyəcək”, - deputat qeyd edib.
- Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edildi
- Mehdiyevin məşhur kadrı vəzifədən çıxarıldı
- Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü - Video
- “Azərişıq” nümayəndələri Xankəndində sahibkarlarla görüşdü
- "İdrak" liseyində güllələnən müəllimin - Fotosu
- İdrak liseyi kimindir? - Foto
- Güllələnən müəllimin vəziyyəti... - TƏBİB
- Müəllimin güllələnməsi ilə bağlı cinayət işi açıldı