Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...

11:22 - 4 Sentyabr 2025 - SİYASƏT

 Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...

Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycan-Ermənistan-ABŞ arasında sazişlər Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Bakı-Moskva münasibətlərinin yoluna qoyulması üçün cəhdlərini stimullaşdırdı, həmçinin ikitərəfli görüşlər baş tutdu. Bu isə hər iki ölkənin liderləri səviyyəsində baş tutacaq görüşlə gərginliyin aradan qalxacağı təəssüratı yaratdı.

BUTA.TV xəbər verir ki, hazırkı məqamda İlham Əliyevin Rusiyaya, Putinin isə Azərbaycana səfəri real görünmür, o cümlədən, Rusiya lideri məlum səbəblərdən beynəlxalq tədbirlərdə də heç də aktiv iştirak etmir. Buna görə də Çində keçirilən “ŞƏT+” sammiti və Pekində baş tutan parad yaxın perspektivdə Putin və Əliyevin birgə iştirak etdiyi azsaylı tədbirlərdən idi və ikitərəfli görüş üçün bu tədbir ideal fürsət sayıla bilərdi.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da Putinin Əliyevlə görüşməkdə maraqlı olduğunu açıq şəkildə mediaya elan etmişdi.

31 avqustda, liderlər Çinə səfərə hazlaşarkən Peskov bildirdi: “Ümid edirəm ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev sabah ŞƏT sammiti çərçivəsində görüşmək imkanı əldə edəcək”.

Kremlin sözçüsü özbaşına, şəxsi təşəbbüsü ilə bu “ümidi” ifadə edə bilməzdi: bu, Kremlin mövqeyi idi və deməli, Moskva görüş üçün təşəbbüs göstərirdi.

1 sentyabrda isə Peskov növbəti açıqlamasını verdi: “Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə hələ danışmayıb”.

Bu açıqlama artıq görüşlə bağlı bir gün öncəki əminliyin kifayət qədər “zədələndiyi” təəssüratını yaradırdı.

Ehtimal edilir ki, nümayəndə heyətləri görüşün təşkili üçün təmasa keçiblər, lakin Prezident Əliyev görüşdə qarşı tərəfin 25 dekabr 2024-cü ildə Qroznı səmasında AZAL mülki təyyarəsinin vurulması və Aktauda qəzaya düşməsinə görə məsuliyyəti üzərinə götürdüyünü dilə gətirməsini istəyib, başqa sözlə, prinsipial mövqeyindən geri durmayıb, nəticədə görüş alınmayıb.

O ki qaldı Pekində liderlərin “təsadüfən” görüşməsinə, belə mərasimlərdə adətən təsadüflər olmur. Belə məlum olur ki, Putin və Əliyevin əl sıxması razılaşdırılıb, səbəb isə tərəflərin gərginliyin davam etdirmə istəklərinin olmamasını nümayiş etdirməkdir. Ancaq Rusiya məsuliyyəti üzərinə götürmədikcə əlaqələrin əvvəlki məcrasına düşəcəyi də mümkünsüz görünür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol