Ermənistanı müharibəyə keçmiş prezidentlər Robert Köçəryan, Levon Ter-Petrosyan və Serj Sərkisyan sürükləyib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, xüsusən də Sərkisyan və Köçəryan ölkəni Qarabağda - Azərbaycan ərazisində müharibəyə sürüklədikdən sonra oradan Ermənistana qaçıblar.
Nikol Paşinyan keçmiş prezidentləri şəxsi məqsədləri naminə Qarabağda münaqişəni qızışdırmaqda ittiham edərək, onların bu yolla özlərinə böyük səvətlər topladıqlarını da bildirib:
“Qalib prezidentlər”, “qalib prezidentlər”! Üçüncü Respublikanın tarixi üzərində düşünərkən mən dəhşətlə qeyd bildirmişdim ki, “qalib prezidentlər” adlandırılanların heç biri təsəvvür etdiyiniz kimi deyil, onların heç biri xalqın etimadını qazanmayıb.
Qulaq asın, xalqa “qələbə” gətirmişdinizsə, 1996-cı ildən bəri seçkiləri niyə saxtalaşdırdığınızı izah edə bilərsinizmi? Xalq onlara qələbə gətirən liderləri necə seçə bilməzdi? Necə?”.
Baş nazir onların bütün seçkiləri saxtalaşdırdıqlarını qeyd edib:
“Ermənistanın düşüncəli insanları anlayırdılar ki, siz qələbə gətirmədiniz, Ermənistanı heç bir çıxış yolu olmayan uçuruma sürüklədiniz. İndi isə ölürsünüz, çünki görürsünüz ki, bəli, minlərlə qurbanın bahasına o çıxış yolu tapılıb. Sözün əsl mənasında gündə üç dəfə ölürsünüz. Bir dəfə səhər, bir dəfə günorta, bir də qaranlıq çökən kimi.
İndi deyin: debata gələcəksiniz, ya gəlməyəcəksiniz?”.
- Azərbaycan İsrailə görə bundan imtina edib? – Rəsmi
- Əhmədzadənin arxasında kimlər var? - Deputat
- “Matanı” obraz dəyişdi - Bu dəfə Nigarın əvəzinə səhnəyə o çıxdı - VİDEO
- Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi
- Simonyan Bakıda bu 10 nəfəri xahiş etdi, əvəzində...
- Yaşar Nurinin qızının görüntüləri tənqid olundu - VİDEO
- Erməni əsgərin Qarabağda nə işi var idi? - Paşinyan
- Bayramov Mirzoyanla görüşdü: Razılıq...