Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

01:32 - 28 Noyabr 2025 - GÜNDƏM

 Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Birliyindən olan həmkarları ilə görüş keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə Hikmət Hacıyev X sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, görüş zamanı Azərbaycanla AB arasında münasibətlərdə son zamanlar müşahidə olunan müsbət dinamika müzakirə olunub.

Hacıyev əlavə edib ki, tərəflər ikitərəfli gündəlikdəki geniş məsələlər ətrafında fikir mübadiləsi aparıblar və Azərbaycan ilə AB arasında tərəfdaşlığın daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol