Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...

21:46 - 22 Dekabr 2025 - GÜNDƏM

 Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...

Erməni əsilli rusiyalı milyarder, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edərək, Xankəndiyə gələn və burada separatizmin körüklənməsində müstəsna rol oynayan, hazırda Bakıda məhkəməsi gedən Ruben Vardanyanın DTX-də saxlanma şəraitini hər kəs gördü.

Son dərəcə təmiz, səliqəli otaqda saxlanılan, idman və mütaliə üçün hər cür şərait yaradılan Ruben Vardanyan vaxtaşırı olaraq ailəsi ilə də əlaqə saxlayır. Erməni mediasının məlumatına görə, sonuncu dəfə o, 17 dekabrda böyük oğlu David Vardanyanla telefon danışığı aparıb.

O, oğlu ilə danışarkən Bakıda keçirilən məhkəmədə deyəcəyi son sözdə hansı məqamları vurğulayacağına toxunub və əlbəttə ki, bu da mediaya ötürülüb.

Erməni mediasına istinadla, Vardanyanın ötürdüyü ictimai mesajdan bəzilərini təqdim edək:

- Mən baş verənləri məhkəmə kimi qəbul etmirəm və ədalətin imitasiyasında iştirak etmək niyyətində deyiləm. Bakıda baş verən bu proses ədalətli mühakimənin əsas standartlarına cavab vermir və ona görə də əsl mənada məhkəmə prosesi sayıla bilməz;

- Heç nəyə peşman deyiləm. Mən bütün hərəkətlərimi şüurlu və könüllü olaraq, mümkün nəticələri tam dərk edərək həyata keçirmişəm. Mən əməllərimə görə Tanrı qarşısında cavab verməyə hazıram. Peşman olduğum tək şey bundan artığını edə bilməməyimdir;

- Mən bir daha bəyan edirəm: tarixi yenidən yazmaq cəhdlərindən və hadisələrin fərqli şərhini tətbiq etməkdən asılı olmayaraq Artsax olub, var və olacaq;

- Ölümdən qorxmamalı və ya onu “məğlub etməyə” çalışmamalısan. Ölüm qorxulu deyil. Dəhşətli olan laqeydlikdir ki, o, hiss olunmadan, tədricən, sanki radiasiya ilə içimizə nüfuz edir və bizi içəridən məhv edir;

- Ömrünüzün sonuna qədər öz yolunuzla getməkdən, axtarmaqdan, səhv etməkdən və dünyanı tanımaqdan qorxmayın. Əsas odur ki, şüurlu şəkildə öz yolunuzu izləyin.

- Ən əsası zərər verməməkdir. Təbiətdə və dünyada mövcud olan ahəngdar tarazlığı pozmamaqdır. Biz hamımız yalnız tarazlıq və harmoniya içində mövcud ola biləcək bir ümumi məkanın hissələriyik...

Aydın olan budur ki, Vardanyan şüurlu şəkildə separatizmə qoşulub, silahlar alıb, insanları müharibəyə sövq edib, Azərbaycanın beynəlxalq müstəvidə tanınan torpaqlarında qondarma dövlət qurmaq istəyənlərin lap başında gəlib; Və Vardanyan qətiyyən peşman deyil - bu mənasız, heç kimə lazım olmayan müharibənin nəticəsində minlərlə azərbaycanlının ölməsinə, azərbaycanlıların soyqırıma, etnik təmizləməyə məruz qalmasına, 750 mindən çox azərbaycanlının Qarabağ və ətraf ərazilərdən köçkün düşməsinə və hazırda da onların köçkün vəziyyətində yaşamasına görə vicdan əzabı çəkmir!

Azərbaycan hətta terrorizmdə ittiham olunan Vardanyanı çiçək kimi təmiz, hər şəraiti olan təcridxanada saxlayır, ona özünümüdafiə üçün hər cür şərait yaradılır, xaricdən vəkili belə gəlir - o isə bundan ənənəvi erməni xisləti ilə sui-istifadə edir, “Azərbaycan məhkəməsinə” inanmır. Hərbi əsir Natiq Qasımovu tikə-tikə doğrayan ermənilərin təmsilçisi Bakının göbəyində nələr deyir...

Bu adam yalnız Hitleri oxuyub, “Mənim mübarizəmi” mənimsəyib, çünki ideologiyasıdır və qanunsuzluğuna görə keçirilən məhkəmədən Hitler kimi özünün qəhrəman və mübariz obrazını yaratmağa girişib!

Vardanyan iki nəslin həyatının məhv olunmasına və bunda iştirakına görə peşman deyil;

Vardanyan bu mənfur, işğalçı, başqasının torpağına göz dikməyin nə ilə nəticələndiyini bildi, gördü - ermənilər Azərbaycanda krallar kimi yaşayırdı, yerli və mərkəzi hakimiyyətdə yüksək səviyyədə təmsil olunurdular, ən gəlirli yerlərdə oturmuşdular, üstəlik, Azərbaycanın tarixi torpaqlarında bir də “muxtariyyətləri” vardı və burada Azərbaycan hakimiyyətini tanımaq belə istəmirdilər: hər şeyi sözün əsl mənasında erməniləşdirmişdilər və faktiki olaraq “yerin sahibi” kimi çıxış edirdilər; Azərbaycan xanlıqlarından birinin mərkəzini - İrəvanı dövlətləri üçün qoparıb, Qarabağ xanının kəndini isə “muxtar qurumlarının” mərkəzi etmişdilər.

Bakıda və Qarabağda at oynatmalarının sonuna özlərinin çıxdıqlarını yaxşı bilirlər: əgər torpaq qoparmaq üçün müharibəyə başlayıb, azərbaycanlıların qətlə yetirməsəydilər, torpaqlarımızı işğal etməsəydilər, əvvəlki kimi “davam etməyə” razılaşsaydılar, yenə həm torpağımızda oturub, həm də sərvətimizi talayacaqdılar.

Bütün bu dəhşətləri bizə, onlara 1828-ci ildən sonra kirvə deyib, qoynunda yer verən azərbaycanlılara yaşadandan sonra aldıqları zərbə belə bu faşist təfəkkürünü, işğalçı düşüncəni dəyişmir!

Qandan doymayan, vəhşətdən həzz alan düşüncənin simvoludur Vardanyan, kilsənin simasıdır, diasporun özüdür - dayanmırlar, dəhşətli səhvlərinin, haqsız iddialarının nəticəsindən dərs çıxarmaq əvəzinə daha da irəli gedirlər.

“Etdiklərimdən peşman deyiləm, daha artığını edə bilmədiyim üçün peşmanam” deyir Ruben!

2022-ci ildə Xankəndiyə gələndən sonra iki silah anbarı yaratması, dron alması, Rusiyadan muzdlular gətirtməsi, xaricdə milyonlar hesabına Azərbaycan əleyhinə təbliğatı genişləndirməsi, VOMA terror təşkilatını maliyələşdirməsi və daha nələr... - peşman deyilmiş! Daha artığını etmək istəyirmiş!

Yüzminlərin həyatını cəhənnəmə döndərəndən sonra yenə çağırış edir, yenə “sonadək gedin” deyir!

Hələ “Ən əsası zərər verməməkdir. Təbiətdə və dünyada mövcud olan ahəngdar tarazlığı pozmamaqdır. Biz hamımız yalnız tarazlıq və harmoniya içində mövcud ola biləcək bir ümumi məkanın hissələriyik” kimi filosofluq da edir, Bakıda saxlandığı təcridxanadakı kitabxanadan ağlını başına yığması, tövbə etməsi, heç olmasa, bu yaşda qandan əl çəkməsi üçün istifadə etmək əvəzinə şovinist, faşist və işğalçı ideologiyasını təmtəraqlı ifadələr altında pərdələmək yolunu tutur. “Yalnız tarazlıq və harmoniya içində mövcud ola biləcək bir ümumi məkanın hissələriyik” düşüncəsində olan insan qətliamlara, günahsız insanların ölümünə haqq qazandırmaz, bu qətliamları maliyyələşdirməz, varidatını silah almağa, gəncləri ölümə göndərməyə sərf etməzdi.

Vardanyan erməni şovinizminin, faşizminin, qəddarlığının, qanla bəslənmənin və qandan doymamanın parlaq simasıdır.

Bu simanı Bakının mərkəzində nümayiş etdirdiyini görə Vardanyana təşəkkür edirəm və ermənilərlə barışmaq üçün sülh çağırışları edənlərə səslənirəm:

- Ermənilərə yemək üçün taxıl göndərdik - sosial şəbəkələrində hay-küy qaldırdılar ki, Azərbaycan bizi zəhərləmək istəyir, buğdanın tərkibini yoxlayın;

- Ermənilərə hazırda Ermənistanda satılan yanacaqdan daha ucuz başa gələn yanacaq göndərdik - Aİ-95-dən söhbət gedir - erməni mediası yazdı ki, artıq Azərbaycanı ermənilər maliyələşdirəcək (təsəvvür edirsinizmi?);

- Samirə Əfəndi erməni ifaçıya ən yüksək bal verib, sonra da qucaqladı - erməni sosial şəbəkə istifadəçiləri kütləvi şəkildə yazdı ki, azərbaycanlı qızlar erməni qucaqlamaq üçün fürsət axtarırlar və sair...

Bu hələ son günlər yaşadıqlarımızın mindən biridir!

Hayların mahiyyəti dəyişməz, onlar islah olmazlar, çünki hayı erməniyə çevirən mahiyyət türkə nifrətdir, türk tarixini, mədəniyyətini oğurlamaqdır. Bunlardan əl çəksə, erməni olmayacaq, hay olacaq və HAYla gəldiyi kimi də VAYla çıxıb gedəcək.

Nə qədər ki, onlar Qafqazdadır, bu bölgədə heç vaxt sülh olmayacaq - yalnız atəşkəs olacaq!

Atəşkəsin daimi olması üçün haya inanmayacaqsınız, onları ölkəyə buraxmayacaqsınız və həmişə güclü olacaqsınız.

Haylar yalnız Azərbaycan güclü olanda qınlarına çəkilirlər...

Allah eləməsin azca zəifləyək!


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol