Masallıda baş verən qəzada sürücü ölüb, sərnişin xəsarət alıb.
BUTA.TV xəbər verir ki, hadisə martın 8-i gecə saatlarında Masallı rayonunun Mahmudavar kəndində baş verib.
Masallı rayon sakini, 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi “Mersedes” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yolun kənarındakı daş hasara çırpılıb.
Qəza nəticəsində sürücü O. Zamanov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycanda zəlzələ oldu - Yenilənib
- Peşə təhsili müəssisələrinə tələbə qəbulunun cavabları
- Şəkər xəstəliyindən əməliyyatla azad olmağın yolu...
- Bakıda axund cərimələndi - Səbəb
- “Bibi” özünün ən böyük düşmənidir”
- Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər...
- Ermənistana 420 ton buğda göndərildi