Bakıda axund cərimələndi - Səbəb

19:57 - 14 Avqust 2026 - GÜNDƏM

 Bakıda axund cərimələndi - Səbəb

Bakıda məsciddə dini yığıncaq zamanı qaydaları pozan axund cərimələnib.

BUTA.TV Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzindəki "Rəsullah" məscidində qeydə alınıb.

34 yaşlı Müşviq Rəsulov (şərti adla) həmin məsciddə dini yığıncaqlar və digər mərasimlərin təşkili, eləcə də keçirilməsi qaydalarını pozub. Bu əməlinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə onun barəsində 1500 manat məbləğində inzibati cərimə cəzası təyin olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol