Şəkər xəstəliyindən əməliyyatla azad olmağın yolu...

20:24 - 14 Avqust 2026 - GÜNDƏM

 Şəkər xəstəliyindən əməliyyatla azad olmağın yolu...

Müasir dövrdə qeyri-infeksion xəstəliklər arasında ən sürətlə yayılan və "əsrin gizli epidemiyası" adlandırılan diabet (şəkər xəstəliyi), milyonlarla insanın həyat keyfiyyətini aşağı salan başlıca sağlamlıq problemlərindən biridir. Xüsusilə Tip 2 diabetdən əziyyət çəkən şəxslər illərlə davam edən pəhrizlər, gündəlik dərman qəbulu və davamlı insulin iynələrinə bağlı yaşamaq məcburiyyətində qalırlar.

BUTA.TV xəbər verir ki, xəstəlik vaxtında və effektiv şəkildə nəzarət altına alınmadıqda müxtəlif fəsadlara: böyrək çatışmazlığı, görmə zəifliyi, ürək-damar xəstəlikləri və sinir zədələnmələrinə yol aça bilir.

Lakin tibb elminin inkişafı şəkər xəstəliyi ilə mübarizədə tamamilə yeni imkanlar yaradır. Müasir metabolik cərrahiyyə sayəsində artıq Tip 2 diabeti yalnız dərmanlarla nəzarətdə saxlamaq deyil, xəstəliyin kökündə duran metabolik pozuntuları cərrahi yolla aradan qaldırmaq mümkündür.

Bu istiqamətdə qabaqcıl tibbi xidmətlər təqdim edən "Zəfəran Hospital" icra olunan Laparoskopik Transit Bipartition əməliyyatı ilə pasiyentlərə sağlam və dərmanlardan asılı olmayan yeni bir həyat bəxş edir. Bu müasir cərrahi üsul həm qan şəkərinin normallaşmasına, həm də metabolik sistemin bərpasına kömək edir.

Bu xəbər hal-hazırda çox oxunur
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi

Xüsusi Metabolik Müayinə Paketi ilə İlkin Addım

Transit Bipartition əməliyyatının hər pasiyent üçün uyğun olub-olmadığını müəyyənləşdirmək məqsədilə hərtərəfli ilkin diaqnostika tələb olunur. Bununla əlaqədar, "Zəfəran Hospital" sentyabr ayı üzrə xüsusi sosial aksiya elan edir. Pasiyentlər əməliyyata uyğunluq səviyyəsini yoxlamaq üçün 6 əsas analizi əhatə edən metabolik müayinə paketindən güzəştli şərtlərlə yararlana bilərlər.

Müayinə paketinə daxil olan analizlər:

Qanın ümumi analizi

Qanda şəkər

HbA1c (Glikirovannıy hemoqlobin)

İnsulin (aclıq)

C-peptid

CRP (C-reaktiv zülal)

Sentyabrın sonunadək davam edəcək kampaniya çərçivəsində 123 ₼ dəyərində olan bu kompleks analiz paketi pasiyentlərə cəmi 89 ₼ qiymətinə təqdim olunur.

Analiz nəticələri hospitalın təcrübəli mütəxəssis həkimləri tərəfindən ətraflı qiymətləndirilir və pasiyentin metabolik cərrahiyyəyə uyğunluğu barədə dəqiq rəy verilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol