Azərbaycan və Seneqal arasında turist axınının asanlaşdırılmasına, vizasız və ya sadələşdirilmiş səfərlərin mümkün olmasına yönəlmiş ikitərəfli sazişin imzalanması nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bu sözləri Seneqalın Türkiyə, Azərbaycan, Türkmənistan və Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Sohna Diop Report-a müsahibəsində deyib.
Səfir iki ölkə arasındakı turizm əlaqələrinə toxunub:
"Ölkələrimiz arasında turizm əlaqələrinə gəldikdə, cəmi iki həftə əvvəl Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə çox məhsuldar onlayn görüş keçirdik. Agentliyin rəhbərliyi ilə danışıqlar zamanı qarşılıqlı biznes və tanışlıq səfərlərinin təşkil olunması barədə razılığa gəldik.
Bu səfərlər çərçivəsində Azərbaycan və Seneqal arasında turist axınının asanlaşdırılmasına, vizasız və ya sadələşdirilmiş səfərlərin mümkün olmasına yönəlmiş ikitərəfli saziş imzalamağı planlaşdırırıq. Məqsədimiz iki ölkə arasında səyahətləri mümkün qədər asanlaşdırmaq, azərbaycanlıları Seneqala, seneqallıları isə Azərbaycana səfər etməyə təşviq etməklə qarşılıqlı turizm mübadiləsini inkişaf etdirməkdir".
- Nazir Rövşən Fətullayevi müdir təyin etdi
- Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə...
- Göyçayda zəncirvari qəza: 6 nəfər xəsarət aldı
- Xırdalan-Sumqayıt qatarının hərəkəti bərpa olunur
- Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub?
- Xocavənddə açıq ərazidə yanğın başladı
- Bu ölkə ilə viza rejimi ləğv oluna bilər
- Diplomlar elektron formada veriləcək: Hansı çətinliklər yaradır?