Azərbaycan ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 14-ü saat 10:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 53 (aylıq normanın 46%-i), Balakəndə 45 (aylıq normanın 61%-i), Zaqatalada 44 (aylıq normanın 60%-i), Xınalıqda 40 (aylıq normanın 119%-i), Qrızda 20 (aylıq normanın 38%-i), Qusarda 10 (aylıq normanın 30%-i), Gədəbəydə 10, Quba, Tovuzda 8, Ağdamda 7, Xaçmaz, Şabran, Kişçayda (Şəki) 4, Daşkəsən, Lənkəran, Ceyrançöl, Culfada 3, Şahdağ, Qəbələdə 2, Göygöl, Gəncə, Naftalan, Oğuz, Tərtər, Mingəçevir, İsmayıllı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Sabirabadda, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm qeydə alınıb.
- Yeni ekspres marşrutların dayanacaq məntəqələri - Video
- Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu
- Bu ərazilərə intensiv yağış yağır
- Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu
- Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər
- Xəzər dənizinin havanın temperaturuna təsiri...
- Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
- Bu gün Yasamalda işıq olmayacaq