Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər

10:15 - 14 Avqust 2026 - DÜNYA

 Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər

Yaponiya hökuməti Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə əlaqədar cavab tədbirləri görmək məsələsini nəzərdən keçirməyi planlaşdırır.

BUTA.TV” xəbər verir ki, bu barədə Yaponiyanın “NHK” telekanalı məlumat yayıb.

Bildirilib ki, mümkün tədbirlərdən biri Rusiyaya qarşı mövcud olan sanksiyaları daha da sərtləşdirməkdir.

Bununla belə, analitiklər qeyd edib ki, iki ölkə arasında onsuz da gərgin olan münasibətlər bu tədbirlərdən sonra daha da çətinləşə bilər.

Bu xəbər hal-hazırda çox oxunur
“Qarabağ” pley-offda! - Video-Yenilənib

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya və Sovet İttifaqı arasında mübahisəli Cənubi Kuril adaları ilə bağlı sülh müqaviləsi imzalanmayıb. Rusiya 2022-ci ildə Yaponiyanın Ukrayna müharibəsi səbəbindən sanksiyalar tətbiq etməsi ilə əlaqədar olaraq bu məsələ üzrə danışıqları davam etdirməkdən imtina edib. Moskva həmçinin Cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətin qurulmasına dair dialoqdan da çıxdığını elan edib. Yaponiya Cənubi Kuril adaları qrupuna daxil olan 4 adanı (İturup, Kunaşir, Şikotan və Habomai adalar qrupu) özünün şimal əraziləri adlandırır.

 
 
 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol