Göyçay şəhərində zəncirvari qəza baş verib, 6 nəfər xəsarət alıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə rayon mərkəzinin Heydər Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, prospektdə hərəkətdə olan VAZ-2107, VAZ-2105 və "Hunday Sonata" markalı minik avtomobillərinin iştirakı ilə zəncirvari toqquşma baş verib.
Qəza nəticəsində 6 nəfər - 2011-ci il təvəllüdlü Sabir Nəsibli, Fidan Nəsibova (1991), Mansur Babazadə (1995), Tural İbrahimov (1992), Mirəli Zeynalov (2007) və Nuray Nəsibli (2009) xəsarət alıblar.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
- "Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq
- Sabah güclü külək olacaq - Xəbərdarlıq
- Nazir Rövşən Fətullayevi müdir təyin etdi
- Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə...
- Göyçayda zəncirvari qəza: 6 nəfər xəsarət aldı
- Xırdalan-Sumqayıt qatarının hərəkəti bərpa olunur
- Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub?