Dövlət Sərhəd Xidmətinin "Qubadlı" əlahiddə sərhəd diviziyasının N saylı hərbi hissəsində əsaslı təmirdən çıxmış 53 mənzildən ibarət ikimərtəbəli və dördmərtəbəli "Sərhədçi" yaşayış kompleksi zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının istifadəsinə verilib.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, tədbir zamanı müasir standartlara cavab verən yaşayış binalarına su və elektrik xətləri çəkildiyi, mərkəzləşdirilmiş istilik sistemi quraşdırıldığı, mənzillər mətbəx avadanlığı ilə təchiz olunduğu bildirilib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev dövlət sərhədinin mühafizəsi və müdafiəsində fərqlənmiş hərbi qulluqçulara orden və medallar, həmçinin xidməti mənzillərin orderlərini təqdim edib, daha sonra yaşayış binalarında yaradılmış şəraitlə tanış olub və hərbi qulluqçuların ailə üzvləri ilə görüşüb.
Sakinlər yaradılan şəraitdən məmnunluq ifadə edərək göstərdiyi ali diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda hərbi qulluqçular və ailə üzvləri ilə xatirə fotoşəkilləri çəkilib.
- “Bibi” özünün ən böyük düşmənidir”
- Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər...
- Ermənistana 420 ton buğda göndərildi
- Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
- Tramp Ankarada sui-qəsddən necə xilas olub?
- "Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq