Dana ətinin qiymətində artım müşahidə olunur.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, Bakının müxtəlif yerlərində bir müddət öncə 16-17 manata təklif olunan dana əti son günlərdə 18 manata satılır.
Qəssablar bildirirlər ki, qiymətin artması onların satışlarına mənfi təsir göstərir.
Satıcılar qiymətin qalxmasına səbəb olaraq rayonlardan heyvanları baha qiymətə aldıqlarını söyləyirlər.
Qəssablar heyvanların baha satılmasının başqa bir səbəbi kimi isə yemin qiymətlərinin artmasını göstərirlər.
- Ermənistana 420 ton buğda göndərildi
- Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
- Tramp Ankarada sui-qəsddən necə xilas olub?
- "Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq
- Sabah güclü külək olacaq - Xəbərdarlıq
- Nazir Rövşən Fətullayevi müdir təyin etdi
- Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə...