Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, məktəb binasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib.
"Belə ki, 1 aprel 2026-cı il tarixindən etibarən təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə şagirdlərin yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilməsi və dərs prosesinə cəlb olunması həyata keçirilir.
Hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə yaranmış vəziyyətin səbəblərinin araşdırılması və zəruri təmir-bərpa işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, proses nəzarətdə saxlanılır. Görülən işlər barədə ictimaiyyətə əlavə məlumat ictimaiyyətə təqdim olunacaq", - məlumatda qeyd olunub.
- Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu
- Biləcəri-Yalama dəmir yolu modernləşdirilir
- Xəzər dənizinin havanın temperaturuna təsiri...
- Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
- Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistenti...
- Bu gün Yasamalda işıq olmayacaq
- Qadınlar maşın sürə bilmir?
- Xankəndi şəhərinə növbəti köç karvanı yola salındı