Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini hazırda xalq artisti Şəfiqə Məmmədova icra edir.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında ittifaqın katibi Baba Vəziroğlu deyib.
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir. Bu mənada, hazırda sədr vəzifəsinin səlahiyyətlərini o icra edir. Düşünürəm ki, qurultay üçün tələsməyə ehtiyac yoxdur".
Baba Vəziroğlu ittifaqda sədr seçkisi ilə bağlı qurultayın çağırılmasının uzun zaman çəkə biləcəyini də istisna etməyib.
"Ola bilsin, qurultayın çağırılması bir neçə ay, hətta bir il çəksin. Bunu demək həm çətindir, həm də tezdir. Bilirsiniz ki, ittifaqda bu kimi məsələlər katiblik səviyyəsində müzakirə olunur. Katiblik toplanacaq, həm cari, həm də perspektiv məsələlər müzakirə olunacaq. Amma faktiki olaraq, ittifaqa Şəfiqə Məmmədova rəhbərlik edir".
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da Türkiyədə müalicə olunduğu xəstəxanada vəfat edib.
Xalq artisti Fəxri xiyabanda dəfn olunub.
- Bu gün Yasamalda işıq olmayacaq
- Qadınlar maşın sürə bilmir?
- Xankəndi şəhərinə növbəti köç karvanı yola salındı
- Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi
- Uşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər
- Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi - Fotolar
- Bu restoran müsadirə olunaraq hərraca çıxarıldı
- Çiy köftənin vətənindən onlar üçün gəldi - Fotolar