Göyçayda avtoxuliqanlıq edən sürücü Əli Dəmirov Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, idarə etdiyi VAZ-21014 markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub.
İctimai asayişin pozan sürücü barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Dəmirov 15 sutka inzibati qaydada həbs olunub.
- Bu gün Yasamalda işıq olmayacaq
- Qadınlar maşın sürə bilmir?
- Xankəndi şəhərinə növbəti köç karvanı yola salındı
- Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi
- Uşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər
- Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi - Fotolar
- Bu restoran müsadirə olunaraq hərraca çıxarıldı
- Çiy köftənin vətənindən onlar üçün gəldi - Fotolar