Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri - Sergey Safronov, Anton Draçov, Dmitri Bezuqlıy, Dmitri Fyodorov, Aleksandr Vayserov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyın məhkəməsi başlayıb.
BUTA.TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirin dəyişdirilərək ev dustaqlığı seçilməsi ilə bağlı vəsatətlər veriblər.
Vəsatətlər təmin edilməyib və iş üzrə məhkəmə baxışı aprelin 10-na təyin edilib.
Qeyd edək ki, Sergey Safronov, Anton Draçev, Dmitri Bezuqlıy, Dmitri Fyodorov, Aleksandr Vayserov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqlıy, Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1-ci , 234.4.3-cü maddələrlə yekun ittiham irəli sürülüb.
- Bu gün Yasamalda işıq olmayacaq
- Qadınlar maşın sürə bilmir?
- Xankəndi şəhərinə növbəti köç karvanı yola salındı
- Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi
- Uşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər
- Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi - Fotolar
- Bu restoran müsadirə olunaraq hərraca çıxarıldı
- Çiy köftənin vətənindən onlar üçün gəldi - Fotolar