Azərbaycanda davam edən intensiv xarakterli yağıntılar paytaxt və regionların bəzi hissələrində, eləcə də şimal bögəsində yerləşən bir sıra rayonlarda, bəzi kənd və qəsəbələrdə elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyətlər yaratsa da, "Azərişıq" ASC bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirir.
Bu barədə BUTA.TV-a ASC-dən məlumat verilib.
Bildirilib ki, paytaxt və ətraf kənd, qəsəbələrində intensiv yağışların davam etməsi, bir çox ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının qəza yaranan ərazilərdən təmizlənməsi "Azərişıq" əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq "Azərişığ"ın əməkdaşları böyük fədakarlıqla yaranan qəzaları aradan qaldırmaq üçün gecə-gündüz fasiləsiz gücləndirilmiş iş rejimində çalışır. Qabaqlayıcı tədbirlər həyata keçirilir, yağış sularının ərazidən kənarlaşdırılması, eləcə də güc mərkəzlərində təmir-bərpa işləri davam etdirilir.
Həmçinin regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material cəlb edilib. Çaylarda yaranan güclü sel və daşqınlar bir sıra ərazilərdə elektrik dirəklərinin aşması ilə nəticələnib.
Aşan ağac və kənar əşyaların elektrik xətlərini zədələməsi bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olub. Mürəkkəb dağlıq relyefə malik ərazilərdə qeyri-sabit hava şəraitində nəqliyyatın hərəkətinin çətinliyinə baxmayaraq "Azərişığ"ın qəza briqadaları digər dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə baş verən ərazilərə operativ şəkildə cəlb olunur. Elektrik enerjisi kəsintisi və qəza hallarının aradan qaldırılması məqsədilə paytaxtda və regionlarda təmir-bərpa işləri davam etdirilir.
- Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
- İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Video
- Fransa Norveçi darmadağın etdi - Yenilənib - Video
- Xidmət rəisi "neqodnı" olan vətəndaşlara çağırış etdi
- Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapıldı
- Azərbaycanda hərbi xidmətin müddəti azaldılır?
- Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
- “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - Video