Məhkəmə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova bir ay vaxt verib.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, agentlik barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü (Dövlət Əmək Müfəttişliyi tərəfindən verilən qanuni əmrlərin və ya tələblərin icra edilməməsi, yaxud müfəttişin fəaliyyətinə maneə törədilməsi ilə bağlı inzibati məsuliyyət) maddəsi ilə protokol tərtib edilib.
Sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, vətəndaş X.A.-nın şikayəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, agentliyə 2025-ci ildə məktub göndərilərək, həmin şəxsə aid qeyd olunan sənədlərin təqdim edilməsi tələb olunub, lakin sənədlər hələ də təqdim edilməyib.
Məhkəmənin qərarı ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və bu məcəllənin 116.1-ci maddəsinə əsasən, şərti olaraq 2 000 manat məbləğində cərimə olunub. Agentlik tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilib və nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməyəcək. Hüquqpozma aradan qaldırılmadıqda cərimə ödəniləcək.
- Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
- İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Video
- Fransa Norveçi darmadağın etdi - Yenilənib - Video
- Xidmət rəisi "neqodnı" olan vətəndaşlara çağırış etdi
- Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapıldı
- Azərbaycanda hərbi xidmətin müddəti azaldılır?
- Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
- “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - Video