Vəkillər Kollegiyasından bir vəkil xaric edilib, bir vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub.
Kollegiyadan BUTA.TV-a verilən məlumata görə, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar verilib.
Bildirilib ki, iclasın gündəliyinə uyğun olaraq bəzi vəkillərin öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, daimi dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması, müəyyən müddətə üzvlük haqqından azad olunması və mövcud borcların silinməsi ilə bağlı müraciətlərinə baxılıb. Həmçinin iclasda bəzi vəkillərin vəkil kabineti yaratmaları, vəkil kabinetinin fəaliyyət göstərdiyi ünvanının dəyişilməsi, eləcə də digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda iclasda "Philip C. Jessup" Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Bakı Dövlət Universiteti tərəfindən daxil olan müraciətə baxılıb. Hüquq fakültəsinin tələbələrinin beynəlxalq səviyyədə təmsilçiliyinin və praktiki biliklərinin artırılmasının əhəmiyyəti nəzərə alınaraq, müvafiq maliyyə dəstəyinin göstərilməsi barədə müsbət qərar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Qəbul edilmiş qərarlara əsasən yol verilmiş intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib və 1 vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub.
- Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
- İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Video
- Fransa Norveçi darmadağın etdi - Yenilənib - Video
- Xidmət rəisi "neqodnı" olan vətəndaşlara çağırış etdi
- Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapıldı
- Azərbaycanda hərbi xidmətin müddəti azaldılır?
- Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
- “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - Video