ABŞ ordusu Şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00) Hörmüz boğazı, İran limanlarının blokadasını tətbiq etməyə hazırlaşır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridadan qayıdarkən Merilenddəki Endryus aviabazasında jurnalistlərə açıqlaçasında deyib.
Tramp İslamabad danışıqların razılaşma ilə yekunlaşmadığı üçün İranla dialoqun olub-olmamasında fərq görmür:
"Əgər iranlılar danışıqlara qayıtmasalar, mənim üçün hər şey qaydasındadır".
Qeyd edək ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 13 apreldə Hörmüz boğazının blokadasına başlayacağını açıqlamışdı.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio