Emil Fərhad oğlu Şolan Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə yeni icraçı direktor təyin edilib.
BUTA.TV İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu barədə Xidmətin Müşahidə Şurası qərar qəbul edib.
Qeyd edək ki, Emil Fərhad oğlu Şolan bundan əvvəl Xidmətin icraçı direktorunun müavini, daha əvvəl isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində icraçı direktorun müşaviri vəzifələrində çalışıb. O, tanınmış cərrah-uroloq və transplantoloq Rəşad Şolanın qardaşıdır.
Xatırladaq ki, Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 10 iyul 2024-cü il tarixli fərmanı ilə yaradılıb.
- Bu restoran müsadirə olunaraq hərraca çıxarıldı
- Çiy köftənin vətənindən onlar üçün gəldi - Fotolar
- “600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
- Sürücülərin diqqətinə: Bu küçələrdə...
- Azyaşlı uşağın yoxa çıxması ilə bağlı məlumat
- Qarayaranın qeydə alınması ilə bağlı daha bir rəsmi açıqlama
- “Qarabağ” pley-offda! - Video-Yenilənib
- “Əsl kabus idi, gecələri yatmırdım”