“Şəhərsalma və Tikinti Məcəlləsi”nin 80-ci maddəsinə əsasən, mərtəbələrin sayı 3-dən hündürlüyü 12 metrdən, aşırımların uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi üçün heç bir orqandan icazə tələb olunmur.
Bəs bu, vətəndaşın icazəsiz ev tikə bilməsi anlamına gəlirmi?
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov Bakupost.az -a bildirdi ki, burada söhbət tam sərbəstlikdən getmir:
“Əgər torpağın təyinatı fərdi yaşayış evidirsə, bu artıq o deməkdir ki, vətəndaş həmin torpaqda ölçü normativlərinə uyğun ev tikə bilər. Amma bu, qaydasız tikinti demək deyil.
İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı
Vətəndaş əvvəlcə lisenziyası olan layihə smeta bürosuna müraciət edir. Layihə torpağın ölçüsünə və normativlərə uyğun hazırlanır. Məsələn, 1 və ya 2 mərtəbəli və ya maksimum 12 metr hündürlüyə qədər olan normativlərə uyğun layihə hazırlanır. Sonra bu layihə elektron qaydada icra hakimiyyətinə və Arxitektura Komitəsinə göndərilir. Adətən 2 həftə ərzində ya irad bildirilir, ya da heç bir irad olmur. Əgər iradlar olarsa, vətəndaş onları aradan qaldırır və düzəliş edilmiş layihəyə uyğun tikintini həyata keçirir. Əgər 2 həftə ərzində heç bir cavab verilməzsə, vətəndaş mövcud layihə sənədi əsasında evin tikintisinə başlaya bilər”.
- Bu restoran müsadirə olunaraq hərraca çıxarıldı
- Çiy köftənin vətənindən onlar üçün gəldi - Fotolar
- “600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
- Sürücülərin diqqətinə: Bu küçələrdə...
- Azyaşlı uşağın yoxa çıxması ilə bağlı məlumat
- Qarayaranın qeydə alınması ilə bağlı daha bir rəsmi açıqlama
- “Qarabağ” pley-offda! - Video-Yenilənib
- “Əsl kabus idi, gecələri yatmırdım”