Hərbi xidmət və hərbi vəzifə ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyinə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri, DTX, Səfərbərlik Xidməti və digər aidiyyəti qurumlarla razılaşdırmaqla, mövcud normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırılması tapşırılıb. Bu istiqamətdə təkliflər 5 ay müddətində Nazirlər Kabinetinə təqdim edilməlidir.
İcra prosesinin operativliyini təmin etmək üçün aşağıdakı qrafik müəyyən olunub:
4 ay ərzində mərkəzi icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində lazımi tədbirlər görməli və normativ aktlarını yeniləyərək Ədliyyə Nazirliyinə məlumat verməlidirlər.
6 ay ərzində Ədliyyə Nazirliyi bütün hüquqi aktların yeni qanunla uzlaşdırılmasını tam yekunlaşdırıb hökumətə hesabat təqdim etməlidir.
Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib. Sənəd imzalandığı gündən qüvvəyə minib.
- Ağdamda ağır qəza: yaralılar var
- Kadir İnanır vəfat etdi
- Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
- Bir gündə 122 motoxuliqan saxlanıldı - Video
- Zakir Həsənov MN-in yeni obyektlərini yoxladı
- İsmayıllıda su kanalında batan gəncin meyiti tapıldı - Yenilənib+Video
- Bəhlul nə vaxt qayıdır? - Rəsmi açıqlama
- Türkiyədə azərbaycanlı qadın həbs olundu