İnzibati məhkəmə icraatında mübahisələr mülki prosesdən fərqli olaraq, iddia növləri üzrə araşdırılır. Bunun səbəbi publik hüquq münasibətlərindən irəli gələn mübahisələrin müxtəlif hüquqi nəticələr doğurmasıdır. Praktikada əsasən mübahisələndirmə, məcburetmə, öhdəliyin icrası, müəyyən etmə və tanınma iddialarına baxılır.
BUTA.TV xəbər verir ki, artıq icra olunmuş inzibati aktlara münasibətdə onların qanunsuz sayılması tələb olunur, icrası davam edən və ya başa çatmamış aktlar isə mübahisələndirmə qaydasında ləğv edilir. İnzibati aktın etibarsız sayılması isə yalnız qanunla müəyyən edilmiş məhdud hallarda mümkündür və məhkəmənin yoxlama səlahiyyəti bu çərçivə ilə məhdudlaşır.
Mübahisələndirmə iddialarında isə inzibati akt həm maddi, həm də prosessual baxımdan daha geniş şəkildə yoxlanılır. Bundan əlavə, bu iddia növü üzrə 30 günlük müraciət müddəti tətbiq edilir, etibarsızlıq iddialarında isə belə müddət nəzərdə tutulmur.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Elvin Əliyev bu məsələləri Real TV də yayımlanan "Femida vaxtı" verilişində izah edib.
İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı
Onun məsələ ilə bağlı ətraflı izahını təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
- Sürücülərin diqqətinə: Bu küçələrdə...
- Azyaşlı uşağın yoxa çıxması ilə bağlı məlumat
- Qarayaranın qeydə alınması ilə bağlı daha bir rəsmi açıqlama
- “Qarabağ” pley-offda! - Video-Yenilənib
- “Əsl kabus idi, gecələri yatmırdım”
- Narkotiki Azərbaycana keçirmək istəyən iranlı saxlanıldı
- Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
- Azərbaycanda meteor yağışı: niyə baş verir?