“Azercell Telekom” MMC müştəri təcrübəsini daha da təkmilləşdirmək və xidmətlərini tam rəqəmsal müstəviyə keçirmək istiqamətində növbəti yeniliyi təqdim edib. Artıq istifadəçilər fiziki SIM kartdan eSIM-ə keçidi müştəri xidmətlərinə müraciət etmədən, birbaşa tətbiq üzərindən sürətli və rahat şəkildə həyata keçirə bilərlər.
“Azercell” tətbiqinə əlavə edilən yeni funksiyaya əsasən, eSIM-ə keçid prosesi bir neçə sadə addım vasitəsilə tam rəqəmsal formada icra olunur. İstifadəçi mobil tətbiqə daxil olaraq nömrəsini və şəxsiyyət vəsiqəsinə dair məlumatları daxil edir, daha sonra təsdiqləmə məqsədilə göndərilən birdəfəlik kodu (OTP) qeyd edir. Növbəti mərhələdə abunəçilər eSIM aktivasiyasını həm sistem tərəfindən yaradılan QR kod, həm də tətbiq daxilində təqdim olunan mərhələli təsdiqləmə mexanizmi vasitəsilə həyata keçirə bilərlər. QR kod eyni zamanda istifadəçinin qeyd etdiyi elektron poçt ünvanına da göndərilir.
Qeyd edək ki, eSIM texnologiyası fiziki SIM karta ehtiyacı aradan qaldırmaqla istifadəçilərə daha çevik və müasir istifadə imkanları təqdim edir. Bu texnologiya eyni cihazda bir neçə nömrədən istifadəni mümkün edir, həmçinin cihazlar arasında keçidi daha sürətli və rahat edir.
“Azercell” innovativ texnologiyaların tətbiqi və müştəri yönümlü rəqəmsal həllərin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.
- Qafqazın ilk rəsmi “Apple Shop”u “Kontakt”da fəaliyyətə başladı – APPLE EKOSİSTEMİ BİR MƏKANDA
- Bir gündə 122 motoxuliqan saxlanıldı - Video
- Zakir Həsənov MN-in yeni obyektlərini yoxladı
- İsmayıllıda su kanalında batan gəncin meyiti tapıldı - Yenilənib+Video
- İsmayıllıda 23 yaşlı kişi su kanalında batdı
- “City Garden Narimanov”da yeni mərhələ satışda – Faizsiz kredit...
- Türkiyədə azərbaycanlı qadın həbs olundu
- Daha çıxmamış rekord qırdı - 1 günə 3 milyard qazandılar