Naxçıvan Muxtar Respublikasında istismar müddəti bitmiş smart kart tipli sayğaclar dəyişdiriləcək.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Naxçıvan şəhərində hazırda 20 min abonent smart kart tipli sayğacdan istifadə edir:
"Ümumilikdə 24 min smart kart tipli sayğac mövcud idi. Artıq 4 min abonentin sayğacı mexaniki (sonradan ödənişli) sayğacla əvəzlənib. Yerdə qalan 20 min sayğac da dəyişdirilir və abonentlərə yeni kodlar təqdim edilir".
R.Cavadov deyib ki, ötən bir il ərzində Naxçıvan şəhərində 1 000 abonent şəbəkəyə qoşulub:
"Hazırda qaz təminatı ilə bağlı heç bir çətinlik yoxdur. İş prosesində yerli icra hakimiyyəti orqanları ilə koordinasiyamız da yüksək səviyyədədir".
- Türkiyədə azərbaycanlı qadın həbs olundu
- Həsənov yeni generallara rütbələrini təqdim etdi - Foto
- Nazir Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi - Video
- Ağsuda narkotik plantasiyası aşkar edildi - Video
- Nazir onu BDU-ya prorektor təyin etdi - Foto
- Evdən 18 yaşlı oğlanın meyiti tapıldı
- Daha bir hava xəbərdarlığı: Kürdə su artacaq, sel olacaq...
- Moldova səfiri Rusiya XİN-ə çağırıldı, nota təqdim edildi