Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) indiyə qədər onlayn rejim daxil olmaqla, 53 mindən çox şəxs iştirak edib.
BUTA.TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.
"Bu forumda gələcəyin əməkdaşlığının təməli atılıb. Tədbir çərçivəsində 400-dən çox spiker çıxış edib. Onların 60-ı Azərbaycandan olub", -deyə o qeyd edib.
Sədr əlavə edib ki, WUF13 Forumun gələcəyini və qlobal əməkdaşlığı formalaşdıracaq bir sıra mühüm yenilikləri təqdim edib: "WUF13-ün digər mühüm mərhələsi Azərbaycanın sədrliyi ilə keçirilən və "Yeni Şəhərsalma Gündəliyi"nin icrasının nəzərdən keçirildiyi yenidən formatlaşdırılmış nazirlər görüşü olub. İştirakçı 111 ölkədən 80-i nazir və nazir müavini səviyyəsində, qalanları isə səfir və yüksək vəzifəli rəsmilər səviyyəsində təmsil olunub".
- Masazırda futbol azarkeşləri arasında insident... - DİN
- “Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Moskvada biznes tələsi - Elşad Mirbəşirli və vəkil aldadıldı
- 4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu
- “Səbrim tükənir yavaş-yavaş...” - Video
- Suda batan 50 nəfərin meyiti tapılıb - FHN
- Dünən dənizdə batan gənc müğənni imiş