Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Ukrayna yığması ilə keçirilən yoldaşlıq oyununda huşunu itirdikdən sonra ilk dəfə instaqramda açıqlama yayıb.
“BUTA.TV” xəbər verir ki, hazırda Almaniyanın “Volfsburq” klubunda çıxış edən 34 yaşlı futbolçu artıq evində olduğunu və bərpa prosesinə tam diqqət yetirdiyini bildirib:
“Hər kəsə bildirmək istəyirəm ki, özümü yaxşı hiss edirəm və artıq ailəmlə birlikdə evdəyəm. Təsəvvür etdiyiniz kimi, kardioverter-defibrilyator cihazının boşalması, yəni elektrik şoku verməsi həm mənim, həm də yaxınlarım üçün ciddi bir sarsıntı oldu. Lakin hər kəsi sakitləşdirmək istəyirəm, vəziyyət 2021-ci ildə baş verənlərdən tamamilə fərqli idi. Özümü yaxşı hiss edirəm və bərpa prosesim artıq başlayıb”.
Qeyd edək ki, Danimarkanın Odense şəhərində Ukraynaya qarşı keçirilən yoldaşlıq matçının 65-ci dəqiqəsində Danimarka 2:1 hesabı ilə öndə olarkən Eriksen qəfildən ürəyini tutaraq ot örtüyünün üzərinə yıxılıb. Hadisədən sonra oyun dərhal dayandırılıb və daha sonra tamamilə təxirə salınıb.
Xatırladaq ki, K. Eriksen oxşar hadisəni ilk dəfə “Avro-2020” turniri zamanı, 2021-ci ilin yayında Finlandiya ilə matçda yaşamışdı. Həmin vaxt ürəyi dayanan futbolçunun həyatını xilas etmək üçün meydanda reanimasiya tədbirləri görülmüş və daha sonra onun bədəninə daimi kardiostimulyator yerləşdirilmişdi.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio